Şagirdimizin uğuru

Liseyimizin 9a sinif şagirdi Gülzar Astanzadə qazandığı möhtəşəm uğurla bütün kolektivi sevindirdi. 2022-ci ilin yanvar ayında Tailand Beynəlxalq Riyaziyyat olimpiadasının yerli mərhələsinə qatılan şagirdimiz uğurlu nəticə göstərərək yarımfinal turuna vəsiqə qazanmış, aprel ayına qədər keçirilən həm yarımfinal, həm də final turlarında III yerə layiq görülərək bürünc medal qazanmışdır. Qalib şagirdimizin medal və diplomu xüsusi təqdimetmə mərasimində təqdim edilmişdi. Liseyin direktoru Aygün Əhmədli ilə görüşən A. Gülzar yarış boyu təəssüratlarını və sevincini bölüşdü. İstedadlı şagirdimizə yeni nailiyyətlər arzu edirik!