IX sinif şagirdləri ilə peşə seçiminin təhlil edilməsi

Hər bir insanın həyatında doğru peşə seçimi onun gələcək həyatında uğur qazanmasının əsas şərtlərindən biridir. Şagirdlərə bu məsələnin vacibliyini anlatmaq məqsədilə liseyin psixoloqu Hacıyeva Xatirə peşə seçimi etməyə hazırlaşan  IX sinif şagirdləri ilə aprel ayında görüşlər keçirmiş, onlarla anket və sorgular keçirmişdir. Şagirdlərin peşə, maraq və meyllərinin öyrənilməsi, şüurlu yaradıcı əməyə hazırlanması ilə bağlı məlumat verən X. Hacıyeva  seçdikləri peşənin gələcəkdə həm iqtisadi baxımdan, həm də mənəvi zövq almaq baxımından vacib qərar olduğunu izah etmişdir.
Aparılmış anket sorgularını nəticələrini təhlil edən psixoloq şagirdlərə öz məsləhət və tövsiyələrini vermişdir.   Bu məqsədlə video nümayiş etdirmişdir.