“Xarı bülbülün dönüşü” adlı tədbir keçirildi

Ordumuzun şanlı qələbəsinə həsr olunan tədbirlər hələ də davam edir. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərminə Səfərovanın təşkilatçılığı ilə   “Xarı bülbülün dönüşü” adlı tədbir təqdim edildi.  Tədbirdə 6a sinif şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirildi, şagirdlərin hazırladığı təqdimatlar izləndi.