Şanlı qələbəmizə həsr olunan intellektual oyun keçirildi

06.11.2021  tarixində 287 nömrəli Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi.  Liseyin riyaziyyat  müəllimi Hüseyn Vəliyevin təşkilatçılığı ilə keçirilən ənənəvi yarış    ölkəmizin Vətən müharibəsində qazandığı böyük zəfərə həsr edilmişdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə liseyin rəhbərliyi, qonaqlar iştirak edirdi.   Budəfəki yarışın iştirakçıları IX  sinif şagirdləri idi. Qızğın rəqabət şəraitində davam edən oyunun sonunda 9e  sinif şagirdlərinin komandası  1000 xalla I yerin, 9k   sinfi  II yerin, 9a   sinfi III yerin sahibi oldu. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.