Psixoloqun fəaliyyəti

Liseyimizdə psixoloji xidmət işi öz işini davam etdirir.Psixoloq Hacıyeva Xatirə psixodiaqnostik testlər keçirərək şagirdlərdə psixi prossesləri tədqiq edir. Oktyabr ayında I siniflərin məktəbə adaptadiyası ilə yaxından maraqlanmış, onlarla psixodiaqnostik testlər keçirmişdir. Onların nəticələri əsasında zəif nəticə göstərənlərlə fərdi görüşmüş, valideynlərlə əlaqə saxlamış, onlara öz tövsiyələrini vermişdir.
1-5 noyabr tarixlərində II siniflərdə şagirdlərin diqqətini və məntiqi təfəkkür səviyyələrini tədqiq etmək üçün diaqnostik testlər aparmış, testin nəticələrini sinif rəhbərlərinə bildirmişdir.

Eləcə də psixoloq IV siniflərdə sinifdaxili münasibətləri  aydınlaşdırmaq məqsədilə anket sorgu aparmış və  “tamamlanmamış cümlə ” testini keçirmişdir.