IX sinif şagirdlərinin monitorinqi keçirildi

IX sinif şagirdlərinin buraxılış imtahan nəticələri  daim diqqət mərkəzindədir. Bu nəticələr  məktəb fəaliyyətinin rəqəmlə ifadəsi olmaqla yanaşı, məktəbin necə fəaliyyət göstərməsini,  necə  idarə olunmasını və həmin məktəblərdə tədrisin real vəziyyətini göstərən ədədlərdir. Bu səbəbdən IX sinif imtahanlarına xüsusi hazırlaşmaq və nəticələrin yüksəldilməsi məktəbin strateji planında olmalı və hər bir müəllimin, hər bir məktəb rəhbərinin hədəfi bu nəticələrin yüksəldilməsinə köklənməlidir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi   məktəblərə dəstək məqsədilə xüsusi komissiya  təşkil etmiş və komissiyanın qərarı ilə müvafiq proqram hazırlamışdır. Proqramın planı ilkin olaraq diaqnostik qiymətləndirmənin təşkili, ehtiyaca uyğun olaraq qrupların formalaşdırılması, daha sonra isə bu işi yüksək səviyyədə təşkil edə biləcək fənn müəllimləri cəlb etməklə proqrama uyğun olaraq tədrisin təşkil olunmasıdır.

287 nömrəli liseyin rəhbəri Aygün Əhmədli  ana  dili, riyaziyyat və ingilis dili fənn müəllimlərini  proqramın tərkib hissəsilə tanış etdi. Liseydə 3 fənn üzrə şagirdlər müəllimllər tərəfindən monitorinq edildi. Şagirdlərin nəticələri müzakirə edildi.  IX sinif şagirdlərin buraxılş imtahanı nəticələrinə görə  liseyin hər zaman  Bakı şəhərindəki təhsil müəssisələri arasında ilk sırada olması illərdir davam edən diqqətin və gərgin zəhmətin nəticəsidir.  Liseyin rəhbəri  müəllimlərə  bu təqdirəlayiq işin davamlı olması, zəif nəticə göstərə  biləcək şagirdlərlə xüsusi işin aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.