Muzeyə səyahət

Şagirdlərin təhsildə qazandıqları uğurlar qədər onların dərsdənkənar fəaliyyətlərinin səmərəli təşkili də önəmlidir. Liseyin 6d sinfinin rəhbəri  Həsənova Tərlanın təşəbbüsü və rəhbərliyi altında şagirdlər Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə səyahət etdilər. Ekskursiya şagirdlərin böyük marağına səbəb oldu. Dərslikdən tanış  olduqları böyük xeyriyyəçi haqqında öyrəndiklərini daha da təkmilləşdirdilər.