Müəllimlərin yarışı

Yeni il münasibətilə liseyimizin Rafil İmanov adına  riyaziyyat kabinetində intellektual oyun keçirildi. Bu oyunun digərlərindən  fərqi müəllimlər arasında keçirilməsi idi. Hər birində beş nəfər olmaqla dörd komanda arasında İnQuizitor oyunu oynandı. “Uğur”, “Kredo”, “Samson”, “Oğuz”   adlı komandalar arasında maraqlı oyun keçdi. Sonda  “Oğuz”  komadası qalib gəldi.