İnşa müsabiqələrində qalibiyyətlər

Xətai  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 Noyabr Bayraq günü ilə əlaqədar Xətai rayonunda məktəblilər arasında şeir  və rəsm müsabiqələri keçirildi. Liseyimizin üç şagirdi şeir müsabiqəsində iştirak edirdi. 10d sinif şagirdi Rzazadə Əbülfəz II yerə, 7a sinif şagirdi Yusifzadə Əli və 5c sinif  şagirdi Şahbazlı Nuray Fərqlənmə diplomuna layiq görüldülər. Liseyin təsviri incəsənət müəllimi Q.Fərqanənin rəhbərliyi altında  Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi  rəsm müsabiqəsinə  qatılan 8b sinif şagirdi O.Nəcibə I yerə layiq görüldü.