Kollektivimizdə xoş bir gün

23 oktyabr 2017-ci ildə “Zəkalar”  liseyində əlamətdar günlərdən biri qeyd olundu. Liseyimizin  üç dəyərli üzvü, uğurlu pedoqoji fəaliyyətilə seçilən müəllimlərimizdən riyaziyyat müəllimi Qasımova Şöhrət, fizika müəllimi Baxşıyeva Gülçin, biologiya müəllimi Məmmədova Elladanın yubileyləri münasibətilə kollektivimiz bir yerə toplaşdı. Pedoqoji heyət yubilyarlarla bağlı xoş xatirələrini və arzularını paylaşıb, onları bir daha təbrik etdi. Kollektivin əməyinə daim yüksək qiymət verən direktorumuz A.Əhmədli  onları fəxri fərmanlarla mükafatlandırdı, çiçək dəstələri təqdim etdi. Hörmətli həmkarlarımıza can sağlığı və yeni uğurlar diləyirik.