Son zəng – 2017

14 iyun 2017-ci ildə  respublikanın hər yerində olduğu kimi liseyimizdə də bayram əhval-ruhiyyəsi vardı. Liseyin həyətində bu ilki məzunların ən xoş gününə  liseyimizin  müəllimləri, valideynlər, qonaqlar toplanmışdı.   Aparıcılar  11d sinif şagirdi  R. Aytac və  11a sinif şagirdi S. Yusifəli   tədbiri açıq elan etdikdən sonra, çıxış üçün ilk söz liseyin direktoru Aygün Əhmədliyə verildi. Cari dərs ilində uğurlarımızdan bəhs edən Aygün xanım, il ərzində xüsusilə fərqlənən məzunlarımıza, 670-700 bal  toplayan, fənn olimpiadalarının qalibi olan məzunlarımıza   fəxri fərmanlar təqdim etdi. Daha sonra   Xətai rayon İH-indən Jalə Abdiyeva, Təhsil Nazirliyindən metodist Kəmalə Həşimova çıxış etdi. Dərs ili boyunca məktəbin ictimai işlərində fəal iştirak edən müəllimlərə fəxri fərmanlar təqdim edildi. Birinci sinif şagirdlərinin ardınca on birincilərin rəqsləri və mahnıları ifa edildi. Sonda  11a sinif şagirdi İ. Altay liseyin simvolik açarını 10b sinif şagirdi Paşayeva Aytəkinə  və Quluzadə Mehdiyə  təhvil verildi. Nəhayət, son zəng çalındı…

Yolunuz açıq, uğurlarınız bol olsun, əziz məzunlarımız!