YAP-ın Xətai rayon şöbəsində tədbir

Aprelin 27-də YAP-ın Xətai rayon şöbəsində Qadınlar Şurasının toplantısı keçirildi. Toplantını Qadınlar Şurasının sədri Aygün Əhmədli açdı. Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş yığıncaqda Zərifə xanımın keçdiyi şərəfli həyat yolundan danışdı. Daha sonra söz Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyevaya verildi. Jalə xanım da Zərifə xanım və və onun ailəsindən, tibb elminə verdiyi töhfələrdən danışdı. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasının aftalmoloqu çıxış etdi.
Yığıncağın rəsmi hissəsi bitdikdən sonra bədii hissə başlandı. 287 saylı “Zəkalar” liseyinin şagirdlərinin hazırladığı bədii hissə qonaqlar tərəfindən də çox böyük maraqla qarşılandı. 9c sinif şagiridi İlkinin ifasında H. Əliyevin çox sevdiyi “Küçələrə su səpmişəm” mahnısı, 5a sinif şagirdi Leylanın ifasında Z.Əliyevaya həsr olunmuş “Ana” mahnısı tamaşaçıların böyük marağına səbəb oldu.
IMG_0664
IMG_0666

IMG_0635

IMG_0634

IMG_0633

IMG_0632

IMG_0667