“100 sual – 100 cavab intellekt yarışı”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 26 №-li Uşaq – Gənclər Yaradıcılıq Mərkəzində məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “100 sual – 100 cavab intellekt yarışı” keçirilmişdir.
Liseyimizin üç şagirdi 11-ci sinifdən Məmmədova Günel, 10-cu sinifdən Əliyev Ələsgər və 9-cu sinifdən Babayev İnqilab Xətai Rayonu 23 № – li Yaradıcılıq Mərkəzinin komandası olaraq yarışda cıxış edirdilər.
Qiymətləndirmənin nəticələrinə görə, Yeniyetmələrin 23 № – li Yaradıcılıq Mərkəzinin komandası 97 balla I yerə layiq görülmüşlər.
Sonda qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.