İDMAN

İdman Uğurlarımız

“İdmanla məşğul olan xalq fiziki və mənəvi cəhətdən sağlamdır” söyləyən ulu öndərimiz Heydər Əliyevin ideyalarını əsas tutan liseyin şagirdləri idmanın müxtəlif növləri üzrə həm respublika, həm də respublikadan kənarda keçirilən beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etmiş və uğurlar qazanmışlar.

Lisey həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) keçirdiyi “Məktəblərarası mini futbol turniri”ndə III yerə layiq görülmüşdür.

Liseyimizin II sinif şagirdi 8 yaşlı Abdulla Qədimbəyli şahmat üzrə 2 qat Avropa və bu il Yunanıstanda keçirilən yarışda “Dünya çempionu” adına layiq görülmüşdür

[nggallery id=21]