Məqsədimiz

“Zəkalar” liseyinin əsas vəsifəsi istedadı şagirdlərin təbii imkanlarını inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onların şəxsiyyətini formalaşdırmaq, ümumi mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, müstəqil və demokratik Azərbaycan Respublikasının inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.