HAQQIMIZDA

 

    • Müəllimlərin sayı: 84  nəfər
      • Şagirdlərin sayı: 1241   nəfər
    • Direktor: Əhmədli Aygün Əkbər qızı – Azərbaycan Respublikasının əməkdar müəllimi, biologiya elmləri namizədi
    • Əlaqə

 

Lisey İnkişaf Yollarında

287 saylı “Zəkalar” liseyi riyaziyyatçı Rafil İmanovun ideyası əsasında 1992-ci ildə yaradılıb. Liseyin yardılmasıda məqsəd Bakı şəhərində yaşayan istedadlı şagirdləri aşkar edib, onları layiqli vəətəndaş kimi formalaşdırmaq idi. Lisey fəaliyyətə ölkəmizin intellektual potensialını artırmaq, xüsusi qabiliyyəti və istedadı olan uşaqlardan gələcək zəkalar yetişdirmək məramı ilə başlamışdır. Hər il yüksək göstəricilər əldə etməsi ilə ictimaiyyətin diqqətini cəlb edən lisey Azərbaycan təhsilində yeni ənənələrin təşəbbüskarı kimi tanınmış, 20 illik fəaliyyəti dövründə bu istiqamətdə böyük işlər görərək təhsil səlnaməmizə bir çox uğurlar yazmışdır.

Lisey verdiyi təhsilin səviyyəsinə, təlim-tərbiyə işlərinin keyfiyyətli təşkilinə, şagird və məzunlarının yüksək hazırlığına görə də ictimaiyyətimiz arasında böyük nüfuz və rəğbət qazanmış reytinqli təhsil ocaqlarından biridir. Fikrimizin sübutu üçün təkcə bir faktı göstərmək kifayətdir ki, “Zəkalar” liseyinin adı son 10 ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulun nəticələrinə əsasən müəyyənləşdirdiyi 10 ən yaxşı məktəbin sırasındadır. Məlum olduğu kimi keyfiyyət göstəricisi olaraq məktəblərin 9-cu siniflərinin buraxılış imtahanlarında göstərdikləri nəticələr əsas götürülür. Qeyd edək ki, 2014-2015-ci dərs ilində bu nəticələrə görə liseyimiz Xətai rayonu üzrə birinci, Bakı şəhəri üzrə yeddinci , Respublika üzrə on ikinci yerdədir.

“Zəkalar” liseyinin əsas vəzifəsi istedadlı şagirdlərin təbii imkanla rını inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onların şəxsiyyətini formalaşdırmaq, ümumi mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, müstəqil və demokratik Azərbaycan Respublikasının inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.

“Zəkalar” liseyi Azərbaycan Respublikasının “Təhsil qanunu”nda nəzərdə tutulmuş prinsipləri əsas tutur. Liseydə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanır. Lisey şəxsiyyətin Konstitusiya və “Təhsil Haqqında Qanun”da müəyyən edilmiş təhsil hüququnun həyata keçirilməsində uşaqların yaş, cins və fərdi xüsusiyyətlərinə uyğun təlim, tərbiyə prosesinin təşkilində, onların sağlamlığının qorunmasında, tədris materiallarının keyfiyyətlə mənimsənilməsində, şagirdlərin qabiliyyətinin inkişaf etdirilməsində dövlət və xalq qarşısında məsuliyyət daşıyır. Liseyin təlim mühiti şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir. Lisey kollektivi çalışır ki, şagirdlərin gələcəkdə yaxşı mütəxəssis olması üçün erkən yaşlarından müasir peşə vərdişləri ilə yaxından tanış etsin. Liseydə vətənpərvərlik və xalqa məhəbbət duyğuları ön plana çəkilir və hər bir şagirdə dövlətçilik prinsiplərini qorumaq aşılanır. Bu məsuliyyətli işdə 1250 nəfər şagirdin təlim tərbiyəsi ilə 75 nəfər müəllim məğşul olur.

“Zəkalar” liseyində təlim Azərbaycan dilindədir. Təhsil qanuna uyğun olaraq, ümumi təhsil 3 pillədən ibarətdir:

      • Ibtidai təhsil pilləsi (I-IV siniflər)
      • Ümumi orta təhsil (V-IX siniflər)
      • Tam orta təhsil (IX- XI siniflər)

Liseydə dövlət ümumtəhsil məktəblərinin tədris proqramları əsas götürülür. Eyni zamanda bəzi fənlər(məcburi olmayan) Elmi Metodik Məclisin (Pedaqoji Şura) tövsiyyəsi ilə əlavə, inteqrasiya və ya ixtisar oluna bilər.

Şagirdlərin istedadınının aşkara çıxarılması, onun gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə liseydə VIII siniflərdən başlayaraq şagirdlərin meyl, maraq və qabiliyyətləri əsas götürülməklə aşağıdakı təmayüllü siniflər yaradılır:

      • Texniki – riyaziyyat təmayüllü siniflər (I qrup)
      • İqtisadiyyat (II qrup)
      • Humanitar təmayüllü siniflər (III qrup)
      • Təbabət təmayüllü siniflər (IV qrup)

Lisey “Əmək həyatımızın tələbi, müdriklik məqsədi, Zəkalar isə mükafatıdır” devizini əsas götürür. Rəhbərliyin və pedaqoji kollektivin gərgin əməyi nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir. “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli sərəncamı pedaqoji şurada geniş müzakirə edilmiş və qərara alınmışdir ki, liseyimiz bu müsabiqədə iştirak etsin. Bununla əlaqədar Respublika Təşkilat komitəsinə müraciət olunmuş, lisey müsabiqənin bütün mərhələlərini uğurla başa çatdırmışdır. Liseyimiz Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2008-ci il tarixli 2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncamı ilə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olmuş və pedaqoji kollektivin əməyi yüksək qiymətləndirilmişdir.

Sevindirici haldır ki, liseyimiz respublikanın reytinqi yüksək olan 20 məktəbi sırasındadır. Son illərin tələbə qəbulunun nəticələrinə nəzərə salaq.

Qəbulun  Nəticələri

Qəbul faizləri

Böyütmək üçün klikləyin

Liseyimiz Respublika üzrə reytinqi yüksək olan 20 məktəb sırasındadır

Tədris ili

Buraxılan məzunlar

Ali məktəbə daxil olanlar

Orta ixtisas məktəblərinə daxil olanlar

Cəmi

Faiz

1

1992/1993

13

13

13

100%

2

1993/1994

35

29

2

31

83%

3

1994/1995

52

44

44

85%

4

1995/1996

45

35

35

78%

5

1996/1997

53

49

3

52

92%

6

1997/1998

35

30

30

86%

7

1998/1999

54

37

4

47

76%

8

1999/2000

53

42

3

45

85%

9

2000/2001

41

30

30

73%

10

2002/2003

56

54

2

56

100%

11

2003/2004

66

52

52

74%

12

2004/2005

63

53

63

89%

13

2005/2006

62

45

45

73%

14

2006/2007

60

44

1

45

75%

15

2008/2009

39

29

2

31

75%

16

2009/2010

84

68

68

82%

17

2010/2011

78

67

2

69

88%