Qrand layihə üzrə iş davam edir

287 nömrəli Zəkalar liseyində Təhsildə inkişaf və innovasiyalar üzrə V qrand müsabiqənin qalibi olmuş “Aerokosmik mühəndislik- Pilotsuz uçan aparatlar Mərkəzi” layihəsi üzrə iş tam sürətlə davam edir. Dərslər planlaşdırılmış xətt üzrə keçilir. Yeni mərhələyə keçid edilib. Hazırlanmış detallardan qanad yığılma prossesinə başlanıb. Uçan aparatların əsas hissəsi kimi bu etapın dəqiq yerinə yetirilməsi üçün  şagirdlər tam məsuliyyətlə çalışırlar.