Zəka oyunlarının növbəti turu

287 nömrəli Zəkalar liseyində mütəmadi olaraq  liseyin qurucusu, “Əməkdar müəllim”, görkəmli riyaziyyat müəllimi   Rafil İmanovun xatirəsinə   həsr olunmuş intellektual yarışlar   keçirilir. Bu yarışlardan biri  məhz Rafil İmanovun 70 illik  yubileyi  ərəfəsində təşkil edildi. Liseyin riyaziyyat müəllimi Hüseyn  Vəliyev  Rafil İmanovun ənənəvi təşkil etdiyi bilik yarışının   formatının dəyişdirərək  “Zəka” intellektual oyunu təşkil edib.  Bu yarış paralel siniflər arasında məntiq və  riyaziyyat suallarından ibarət “Breyn rinq”   formatındadır.  Növbəti oyun 08.12.2019  tarixində keçirildi. Həftəaşırı  keçirilən oyunların bu turunda IX sinif şagirdləri  yarışdı.  Tədbiri H.Vəliyevin məzun olmuş şagirdləri maaliyyələşdirdilər. Tədbirin təşkili və idarə olunmasında liseyin heyətindən  Yusifova Lalə, Rüstəmov İbrahim,   Mənsimova Validə,   İsmayılova Təranə, İbrahimova Nigar və 8k sinif şagirdi Musayev Piri fəal iştirak etdi.

Yarışın yekununda 9c sinifi I yerin, 9a sinifi II yerin,   9e və  9k sinifləri isə III yerin sahibləri oldular. Qaliblər fəxri fərmanlarla mükafatlandırıldı. Qalib komandanın üzvləri  10.12.2019 tarixində liseyin direktoru Aygün Əhmədli ilə görüşdülər.