VII siniflər arasında “Zəka” yarışı

Rafil İmanovun xatirəsinə   həsr olunmuş intellektual yarışlar   davam edir.  Yarışın təşkilatçısı liseyin riyaziyyat müəllimi Hüseyn Vəliyevdir. “Zəka” intellektual oyunun növbəti turu 14.12.2019  tarixində keçirildi. Həftəaşırı  keçirilən oyunların bu turunda VII sinif şagirdləri  yarışdı.   Yarışın yekununda 7c sinifi I yerin, 7b sinifi II yerin,   7a  sinifi isə III yerin sahibləri oldu. Qaliblərə hədiyyələr təqdim edildi.