Valideynin məktəbdə bir günü

Bakı  şəhəri üzrə Təhsil  İdarəsinin  əmrinin  icrasına  əsasən valideynlərin övladlarının   təhsil aldıqları müəsisə  ilə yaxından  tanışlığının  təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin  təşkilinin  təkmilləşdirilməsi istiqaməti  üzrə  rəy  və  təkliflərinin  əldə  edilməsi məqsədilə “Valideynin  məktəbdə  bir günü” adlı  layihə  həyata  keçirildi. Layihə  20.12.2019-cu il tarixində  keçirlmişdir.  Görüşü  liseyin direktoru  A.Ə.Əhmədli açdı. O,  valideynlərə  liseyin  təhsil  uğurlarından  danışdı. Şagirdlərin  iştirak  etdiyi  bilik, intellekt  və  idman yarışlarında qazandıqları  uğurlardan,  qarşıya qoyulan məqsədlərdən danışdı.

Rəsmi  görüşdən sonra  valideynlər  ümümtəhsil müəsisəsi  ilə  əyani  tanış  oldular. Dərslərdə iştirak edib, tədris prosesini yaxından izlədilər. Müəllimlərlə bir daha görüşüb, onları maraqlandıran suallara cavablar aldılar.