ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLDİ

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq 12 dekabr 2019-cu il tarixində 287 nömrəli Zəkalar liseyində silsilə tədbirlər keçirildi.  İlk dərsdə  bütün siniflərdə Heydər Əliyevin şərəfli həyat yolu barədə söhbətlər aparıldı.  Radio qovşağı ilə tənəffüslər  zamanı ümummilli lider Heydər Əliyevə həsr olunan musiqi əsərləri səsləndirildi. Məktəbin giriş hissəsində və sinif otaqlarında ulu öndərə həsr olunmuş guşələr yaradıldı, videoçarxlar nümayiş etdirildi.  Şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər,  anım gününə hərs edilmiş esse yazdılar, divar qəzetləri nümayiş etdirildi.

Liseyin tarix müəllimi  Hikmət Abdullayevin rəhbərliyi altında ” Dəyirmi masa”  keçirildi.   Şagirdlər “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”  mövzusunda mühazirəni dinlədilər.  Daha sonra natiq şagirdləri maraqlandıran sualları cavablandırdı.