“Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr edilmiş tədbir

1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. 2019-cu il 4 dekabr tarixində   287 nömrəli Zəkalar  liseyində tədbir təşkil edildi. Tədbirin təşkilatçısı liseyin biologiya müəllimi Aslanova Zəminə çıxış sözü ilə tədbiri başlatdı.

O, QİÇS xəstəliyi və narkomaniya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, bu xəstəlik insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur.  Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən natiq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdı. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.