Riyaziyyat gecəsi keçirildi

16.12.2019 tarixində 287 nömrəli Zəkalar liseyində riyaziyyat aylığının  yekunu olaraq riyaziyyat gecəsi keçirildi. Tədbir liseyin riyaziyyat müəllimlərinin təşkilatçılığı ilə hazırlanmışdı. Şagirdlərin ifasında  fiqurlar və rəqəmlərin maraqlı təsviri, rəngarəng səhnəciklər yadda qaldı. Tədbiri liseyin rəhbərliyi, müəllim kollektivi izlədi. Sonda liseyin direktoru Aygün Əhmədli şagirdləri maraqlı ifalarına, tədbirin təşkilatçılarını isə kreativ  ideyalarına görə təbrik etdi, yeni uğurlar arzuladı.