Qaliblər qələbə sevincini paylaşdılar

29.11.2019 tarixində  287 nömrəli Zəkalar liseyinin komandası “Xəmsə” Milli İntellektual Oyunu  üzrə  Yeniyetmələr arasında VII zona mərhələsində iştirak etdi. Bakı şəhər zona birinciliyində I yeri tutan komanda üzvləri 02.12.2019 tarixində liseyin direktoru Aygün Əhmədli ilə görüşdülər. Qalibləri təbrik edən direktor onların növbəti mərhələlərdə də uğurla çıxış edəcəklərinə əmin olduğunu bildirib, yeni qələbə sevincləri arzuladı.