Müstəqil Azərbaycanın vətəndaşlarıyıq

287 nömrəli Zəkalar liseyinin 4c sinif şagirdləri həyat bilgisi dərsi üçün maraqlı təqdimatlar və divar qəzetləri hazırladılar.   Sinif   müəllimi  Şahnaz Həsənovanın  rəhbərliyi altında “Müstəqil Azərbaycanın vətəndaşlarıyıq”  mövzusuna həsr edilən təqdimatlar vasitəsilə   şagirdlər vətəndaşı səciyyələndirən cəhətlər,  onun  vətən qarşısında mənəvi borcu haqqında fikirlərini   təqdim etdilər. Qrup işləri zamanı şagirdlər şəxsiyyəti təsdiq edən sənəd barədə məlumatları ümumiləşdirdilər.