“Mənim bayrağım” şeir müsabiqəsi

2019-cu ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mənim bayrağım” adlı şeir müsabiqəsi təşkil edildi.  Müsabiqədə 11-14 yaşlı məktəblilər iştirak etdi. 287 nömrəli Zəkalar liseyinin 8a sinif şagirdi İskəndərli İranə bu müsabiqədə iştirakına görə sertifikatla təltif edildi.