“Məndə sığar iki cahan” adlı tədbir keçirildi

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq 287 nömrəli Zəkalar liseyində  tədbirlər silsiləsi təşkil edilib. 10.12.2019 tarixində tənəffüslər müddətində liseydə Nəsiminin qəzəlləri səsləndirilib. Tədris prosesində ədəbiyyat dərsləri Nəsimi yaradıcılığına həsr edilib.

Bundan başqa liseyin akt zalında “Məndə sığar iki cahan”  adlı tədbir keçirilib. Tədbirin təşkilatçıları liseyin təşkilati işlər üzrə direktor müavini Səidə Rəhimova, Azərbaycan dili və ədəbiyyat müəllimi   Tağıyeva Xəyalə,  ibtidai sinif müəllimi Hacinskaya Reyhan, kitabxana müdiri İdayətova Nərgiz və  uşaq birliyi rəhbəri İsmayılova Təranə idi. Tədbirdə dahi şairin həyat və yaradıcılığında aid dəyərli məlumatlar səhnələşdirilmiş  şəkildə təqdim edildi. Şagirdlərin ifasında şeir və mahnılar səsləndirildi.