Komandamız Xəmsə oyununda yarımfinala keçdi

15.12.2019 tarixində 287 nömrəli Zəkalar liseyinin IX sinif şagirdlərindən ibarət komandası “Xəmsə” Milli  İntellektual oyununun Yeniyetmələr arasında VII Azərbaycan çempionatının ilk çəkilişlərində  iştirak etdi. Gərgin və maraqlı  mübarizənin sonunda komanda  növbəti tur olan yarımfinalda iştirak etmək hüququ qazandı. Bu oyunda komnda hesabına 14001 xal yığa bildi.