Komandamız Xəmsə oyununda finala keçdi

16.12.2019 tarixində 287 nömrəli Zəkalar liseyinin IX sinif şagirdlərindən ibarət komandası “Xəmsə” Milli  İntellektual oyununun Yeniyetmələr arasında VII Azərbaycan çempionatının  növbəti çəkilişlərində  iştirak etdi. Gərgin və maraqlı  mübarizənin  davam etdiyi yarımfinal oyununun  sonunda komanda  növbəti mərhələ olan finalda iştirak etmək hüququ qazandı.