İkinci sinif şagirdləri nağıl müsabiqəsində

26.12.2019 tarixində Xətai rayonunun  məktəblərinin ibtidai sinifləri arasında  nağıl müsabiqəsi təşkil edildi.  Bu müsabiqədə 287 nömrəli Zəkalar liseyini Mərziyyə Nurəliyevanın rəhbərlik etdiyi 2d sinif şagirdləri təmsil etdi.  Balacalar ifasında ” Bremen musiqiçiləri”  alman xalq nağılını səhnələşdirmişdi. Tamaşada bütün ömrü boyu insanlara qulluq edib, hər işlərində onlara yardım edən heyvanların acı taleyi göstərilmişdi.  Qocaldıqdan sonra heyvanların məhv edilməsinə uşaqlar çox həssaslıqla toxundu.  Ssenariyə görə müxtəlif evlərdə yaşayan  ulaq, it, pişik,  xoruz birləşib Bremen şəhərində musiqiçilik etmək qərarına gəldilər. Məqsədlərinə çatmaq üçün çıxdıqları yolda qarşılarına quldurlar çıxdı. Onlarla döyüşüb onları evlərindən qovaraq , quldurların evində insanlardan uzaq xoşbəxt yaşamaq qərarına gəldilər.  Şagirdlərin  ifası maraqla qarşılandı.