“Fövqəladə hallar zamanı nə etməli” mövzusunda dərs

11.12.2019 tarixində 287 nömrəli Zəkalar liseyinin 5a sinifində “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda dərs keçirildi. Sinif rəhbəri Tağıyeva Xəyalə şagirdlərə fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi  və digər mövzularla bağlı ətraflı məlumat verdi. Şagirdlər qrup işlərində mövzu ilə bağlı təqdimatlar hazırladılar.