Talassemiya xəstəliyi mövzusunda maarifləndirmə

15.11.2019 tarixində liseydə həkim-mütəxəssis Xədicə Dosiyeva talassemiya   xəstəliyi mövzusunda maarifləndirmə  məqsədilə çıxış edib. Çıxışın məğzi gənc nəslin xəstəlik barədə məlumatlanması,  onun qarşısını almaq yollarının öyrənilməsi və cəmiyyətdə olan bu xəstələrin  qan bağışlanmasına ehtiyacının olduğunu vurğulamaq olub. Şagirdlər məlumatı böyük maraqla dinlədilər. Sonda liseyin tibb bacısı da çıxış edərək  mövzu ilə bağlı  fikirlərini bölüşdü.