İnformatika fənninin tədrisinin yoxlanması

ARTN-nin BP     şirkəti ilə birgə layihəsi olan “Orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək”  layihəsi daxilində BŞTİ tabeliyində olan 30 tədris müəssisəsində pilot siniflər yaradılıb. 287 nömrəli Zəkalar liseyində də bu layihə  tətbiq olunur. Liseydə 2018-19-cu dərs ilində informatika təmayüllü 10e sinifi yaradılmışdır. Sinifdə həftədə 1 saat informatika nəzəriyyə,3 saat Python proqramlaşdırma dili  tədris olunur. Mütəmadi olaraq layihəyə nəzarət üçün təhkim olunmuş kuratorlar   dərs dinləmə və şagirdlərin yazılı yoxlamasını  keçirir.

27.11.2019 tarixində Təhsil İnstitutundan kurator Zəka İbrahimov Zəkalar liseyində 11e sinifinin informatika dəsrində iştirak etdi. Dərsi liseyin informatika müəllimi Məhin Cəfərova tədris etdi. Dərs dinləmə B modulu proqramından “İkilik ağac verilənlər strukturu” mövzusuna təsadüf etdi.