“Bullinq” mövzusunda seminarlar davam edir

14.11.2019 tarixində 287 nömrəli Zəkalar liseyində  Bakı Şəhər Təhsil İdarəsinin  göstərişinə əsasən məktəbdə VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kompaniyası çərçivəsində “Bullinq” mövzusunda maarifləndirici  seminar  təşkil olundu. Tərbiyə işləri üzrə direktor müavini Səidə Rəhimova   mövzu barəsində söhbət-disput apararaq şagirdləri maarifləndirdi.   Söhbət zamanı zorakılığın fəsadları və insan həyatındakı mənfi  təsiri barədə  müzakirələr  aparıldı. Sonda  mövzu əsasında  hazırlanmış  video-çarx  izlənildi.