Asudə vaxtın təşkili

Dərsdən kənar asudə vaxtın səmərəli  təşkili  şagirdlərin  mənəvi  tərbiyəsinə,   həyat tərzinə və gələcək həyat yolu seçiminə ciddi təsir edən faktorlardan biridir. Bu baxımdan  liseydə  yüksək  mədəni zövqün formalaşması üçün mütəmadi olaraq teatr, muzey, tarixi məkanlara ekskursiyalar təşkil edilir. 24.11.2019 tarixində   liseyin bir qrup şagirdi   Musiqili Komediya Teatrında   dahi Ü.Hacıbəyovun  “O olmasın, bu olsun” operettasına   tamaşa etdilər.