Müəllimimiz fəxri ad aldı

2019-cu ilin 5 oktyabr tarixini kollektivimiz üçün ikiqat əlamətdar oldu. Müəllimlərin peşə bayramı günü ərəfəsində liseyimizin ingilis  dili müəllimi Süleymanova Fatimə  ölkə rəhbərinin  fərmanı ilə “Əməkdar müəllim”  adına layiq görüldü. Dəyərli insan, gözəl pedaqoq, sevimli müəllim yoldaşımız olan Fatimə müəlliməyə can sağlığı və uğurlar arzu edirik.