BŞTİ-nin təşkilatçılığı ilə Müəllimlər Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Rəşad Tağıyev qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.  Tədbirdə  uğurlarına və səmərəli fəaliyyətinə görə məktəb direktorları, müəllimlər, şagirdlər və məzunlar mükafatlandırılıb. Mükafatlananlar içərisində liseyimizin direktoru Aygün Əhmədli və liseyin Azərbyacn dili və ədəbiyyat müəllimi Könül Əliyeva da var.