Yeni dərs ilinin ilk günü

16 sentyabr 2019-cu ildə 287 nömrəli   Zəkalar  liseyində yeni dərs ilinin başlanması ilə bağlı tədbir keçirildi. İlk zəngdən əvvəl liseyin həyətində təşkil olunan tədbirdə liseyin bütün kollektivi, şagirdlər  və övladlarının bilik bayramı sevincini bölüşən valideynlər  iştirak edirdi. Dövlət himni səsləndikdən sonra liseyin direktoru A.Əhmədli çıxış etdi. Tədbir iştirakçılarını təbrik edən lisey rəhbəri, ən xoş arzularını dilə gətirdi və liseyin ötən dərs ilindəki uğurları,Təhsil Naizrliyinin yeni  islahatları  və yeni dərs ili ilə bağlı strategiyaları   haqda məlumat verdi. Yüz faiz qəbul nəticəsi göstərən məzunlarımızın uğurlarına xüsusi diqqət çəkdi. Daha sonra liseyimizin layiqli şagirdlərindən olan və yeni dərs ilində təhsilinə Türkiyədə ali məktəbdə tələbə olaraq davam edəcək Fidan Rzayeva  çıxış etdi. Lisey rəhbərliyinə və müəllimlərinə minnətdarlıq edən   R. Fidan  şagirdlərə uğurlar arzuladı. Daha sonra liseyin şagirdləri şeir və nəğmələr səsləndirdi. Sonda ilk zəng vuruldu.