Yeni dərs ilində ilk uğurlu addım

26 sentyabr 2019-cu il tarixində liseyimizin intellektual oyunlar komandası növbəti Xəmsə Milli İntellektual oyununda iştirak etdi. Bu dəfəki oyun Nəsimi-650 mövzusunda keçirilirdi. Yarışda respublikanın bütün bölgələrindən gələn komandalar iştirak edirdi. Liseyimizin komandası 8100 bal toplayaraq ən yüksək göstərici ilə finala vəsiqə qazandı.