Şagirdlərin direktorla görüşü

24 sentyabr 2019-cu il tarixində  liseymizin direktoru ümumi orta təhsili fərqlənmə attestatı ilə bitirən məzunlarla görüş keçirtdi. Onları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib,  təhsil həyatlarında uğurlar arzuladı. Şagirdlər də öz növbəsində, qarşılarına qoyduqları məqsədlərinə doğru inamla addımlayacaqlarına və liseyin adını həmişə yüksək tutacaqlarına dair  söz verdilər.  Şagirdlər əldə etdikləri uğurlara  görə başda liseyin rəhbərliyi olmaqla yanaşı,  onları bu səviyyəyə çatdıran müəllimlərinə də   minnətdarlıqlarını bildirdilər. Sonda şagirdlər liseyin direktoru ilə xatirə şəkli çəkdirdillər.