“Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.  “Sağlam məktəbli” maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə liseyimizin şagirdləri Qəribova Sevil,  Məlikova Emiliya, Abbasova Xədicə də qoşulub.  Mükafatlandırılma mərasimi çərçivəsində müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdirilib. Bütün respublika üzrə 2000 əl işi içərisində müsabiqəyə qoşulan hər üç şagirdimiz  fərqlənən 100 şagird arasında olub və bu fakt mükafatlandırma mərasimində xüsusilə qeyd edilib.