Son zəng- 2019

14 iyun 2019-ci ildə “Zəkalar”  liseyində  son zəng çalındı. 11 il doğma məktəbdə təhsil alan şagirdlər son dəfə şagird olaraq bir yerə toplandılar. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. Məzunlar sinif rəhbərləri ilə birgə  həyətə dəvət edildikdən sonra liseyin direktoru Aygün Əhmədli çıxış etdi. Çıxış zamanı dərs ilinin uğurlarından bəhs edən direktor onlardan xüsusilə fərqlənənləri fəxri fərmanlarla mükafatlandırdı. Daha sonra  məzunları təbrik etmək üçün tədbiri izləyən Xətai rayon İH-nin nümayəndələri, liseyin müəllimləri və dəyərli  valideynlər çıxış etdilər.  Dərs ili boyunca xüsusi nailiyyətləri olan müəllimlər tədbir iştirakçıları qarşısında fəxri fərmanlarla mükafatlandırıldı.

Liseyin şagirdləri və məzunlar maraqlı rəqs nömrələri və mahnılar ifa etdilər.  Müxtəlif yarışlarda  liseyimizi layiqincə təmsil edən  11-ci sinif şagirdləri  Cəbrayıllı Pərvin  və Yusifzadə Aidə     liseyin simvolik açarını özlərindən sonra bu adı fəxrlə daşıyacaq olan 10-culardan  Səfərova Nuraya  təqdim etdi.

Tədbirin sonunda son zəng çalındı…