Qrafik dizayn kursu başa çatdı

Liseyimizdə may ayının hər şənbə gününü əhatə edən qrafik dizayn kursu keçirildi. “Qratura”  adlı kursu liseyi  10e sinif şagirdi Salamova Məftunə və köməkçisi 10e sinif şagirdi Şəkinskaya Sara tədris etdilər. 4 həftə boyunca davam edən kursun sonunda  liseyin 11 şagirdi iştitakçı sertifikatı, 4 şagirdi   isə fərqlənmə sertifikatı aldı. Şagirdlər dərslərdə qrafik dizaynın əsasları, obrazın yaradılması və logo dizaynı   ilə tanış oldular. Maraqlı əl işləri yarandı. Sonuncu dəsrdə ev tapşırıqlarını qəbul etdikdən sonra sertifikatlar təqdim edildi.