Valideynin məktəbdə bir günü

Bakı  şəhəri üzrə Təhsil  İdarəsinin  əmrinin  icrasına  əsasən valideynlərin övladlarının   təhsil aldıqları müəsisə  ilə yaxından  tanışlığının  təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin  təşkilinin  təkmilləşdirilməsi istiqaməti  üzrə  rəy  və  təkliflərinin  əldə  edilməsi məqsədilə “Valideynin  məktəbdə  bir günü” adlı  layihə  həyata  keçirildi. Layihə  31.05.2019-cu il tarixində  keçirlmişdir.  Görüşü  liseyin direktoru  A.Ə.Əhmədli açdı. O,  valideynlərə  liseyin  təhsil  uğurlarından  danışdı. Şagirdlərin  iştirak  etdiyi  bilik, intellekt  və  idman yarışlarında qazandıqları  uğurlardan , IX və XI  siniflərin buraxılış  imtahan  nəticələrindən, məzunların  qəbul imtahan  ballarından  söz  açdı. Onu  da qeyd  etdi ki, bu tədris  ilində  liseyimizdən  xarici  ölkələrdə   təhsil almaq  üçün  imtahan  verən  şagirdlərin də  qəbul nəticələri  yüksək olmuşdur.Tədris ili ərzində  liseydə keçirilən bir  sıra  bilik  yarışlarının, o cümlədən  “Xəttat, “Qiraətçi”  müsabiqələrinin  şagirdlərdə  yaratdığı böyük  həvəsdən də danışdı.  

Liseydə  tərbiyə  işinin  təşkili  ilə  əlaqədar  valideyn-məktəb-şagird  üçbucağı  yaradılmış,  liseyin  psixoloqu  və tərbiyə işləri  üzrə  direktor müavini  tərbiyə  işinin  düzgün təşkil olunması  istiqamətləri  üzrə validseynlərlə   görüş  keçirdilər.

 Rəsmi  görüşdən sonra  valideynlər  ümümtəhsil müəsisəsi  ilə  əyani  tanış  oldular. Tədbir  dərs   1 İyun  Uşaqların  Beynəlxalq  Müdafiəsi gününə  həsr olunmuş  tədbir  gününə  təsadüf   etdiyi  üçün, valideynlər müəyyən növbələrlə   tədris  prosesini  izləmək və tədbirdə  iştirak etmək  şansı əldə  etdilər. Tədbirin  yekununda   valideynlər  qeyri-formal  mühitdə  ünsiyyət  qurma  və əməkdaşlıq  perspektvlərini  müzakirə  etdilər. Həmçinin  direktor  və  fənn müəllimləri  ümumtəhsil  pilləsində  təhsil  alanların  attestasiyasının  aparılması qaydası ilə  bağlı valideynlərə  məlumat  verdi.