“Qitaətçi” və “Xəttat” müsabiqələrinin qalibləri mükafatlandırıldı

Liseyimizin ənənə halını alan yarışmalarından birinin nəticələri elan edildi və qaliblər mükafatlandırıldı. Yarışmanın təşkilatçısı   liseyimizin  İbtidai siniflər metodbirləşməsinin sədri Reyhan Hacinskayanın nəticələrlə  bağlı hesabatını təqdim edirik: “287 saylı Zəkalar liseyində artıq neçə ildir ki, uşaqlar və yeniyetmələr arasında mütaliə vərdişlərinin artırılması, səlis, aydın nitqin inkişafı həmçinin Azərbaycan dili fənni üzrə  2.1.1 standartının uğurla ödənməsi sahəsində bir çox işlər aparılmışdır. Bu istiqamətdə liseyimizin bir neçə illik fəaliyyət planında aparılmış müəyyən işlərin  nəticəsini təhlil edərkən gördük ki, ibtidai təhsil pilləsində uşaqlarda nəticənin stimullaşdırılması , təltifi və işıqlandırılması çox müsbət nəticələrə gətirir.  Bu sahədə görülən iş uşaqlarda ilkin oxu texnikası, düzgün,  şüurlu,  sürətli, ifadəli oxu vərdişlərinin formalaşdırılması ilə yanaşı lüğət ehtiyatlarının zənginləşdirilməsi, müxtəlif növdə, üslubda olan mətnlərin axtarılması qarşılarına çıxan yeni sözlərlə işin aparılması, müəyyən tarixi hadisə və faktların araşdırılması sahəsində də dioloji və monoloji nitqin inkişafına da səbəb olmuşdur.

Oxu məzmun xətti ümumi təhsilin bütün pillələrində istifadə olunduğu üçün artıq I sinifin sonundan başlayaraq uşaqlarda, həmçinin valideynlərində mütaliə və danışma, nitq fəaliyyətinə marağı artırmaq üçün siniflər arasında yoxlama işi aparır, nəticələri təhlil edir, və qiymətləndirmə aparırıq. Artıq neçə ildir ki, oxuduğu sinifdən bir neçə sinif yuxarı sinfin normativlərini ödəyən uşaqları sinif və məktəb qarşısında təltif edirik. Nəticədə uşaqlarda müsbət rəqabətin, həvəsin artığını müşahidə etdik.

Eyni zamanda 3.1.1 standartının, yəni uşaqlarda hüsnxət normalarına riayət etməklə səliqəli, sürətli və kolliqrafik yazı bacarıqlarını inkişaf etdirmək məqsədi ilə də eyni işin səmərəli olduğunu müşahidə etdik.

Görülən işlərin davamı olaraq bu tədris ilində “Qitaətçi”  və  “Xəttat”  müsabiqəsini elan etdik. Artıq bir neçə il davamlı olaraq yüksək nəticə göstərən şagirdlərimizi üzərində yuxarıda qeyd etdiyimiz sözlər yazılmış döş nişanları ilə təltif etdik. Həmçinin ötən illərə nisbətən daha yüksək nəticə əldə edən uşaqları üzərində bu nişanların əksi olan tərifnamələrlə təltifləndirdik.

Düşünürəm hər  bir uşaq həqiqətən bir nağıldır. Bu nağılın müsbət sonluqla bitməsi  bizim- məktəb və valideynlərinin işinin düzgün təşkilindən asılıdır. ”