Pedaqoji kollektiv ilə iclas keçirildi

Mayın 23-də  287 nömrəli “Zəkalar” liseyində  pedaqoji kollektivin  iclası keçirildi.  İclası çıxış sözü ilə liseyin direktoru Aygün Əhmədli açıq elan etdi. İclasın məqsədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb rəhbərləri ilə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrində idarəetmənin gücləndirilməsi məqsədilə keçirilən müşavirədə məktəb rəhbərlərinə verilmiş təlimatların pedaqoji heyətə çatdırılması və Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərin müzakirə edilməsi idi. Təhsil müəssisəsinin qarşısında duran əsas hədəflər müəllimlərin diqqətinə çatdırıldı. Sağlam mənəvi-psixoloji mühitin yaradılması yolları müzakirə edildi. Bu mövzuda pedaqoji heyətin rəy və təklifləri dinlənildi.