Gimnast şagirdimiz ölkəmizi beynəlxalq yarışda təmsil edəcək

Liseyimizin 3a sinifində təhsil alan şagirdlərdən biri Məmmədzadə Müjgan dərslərində fəal iştirak edir. 4 ildir bədii gimnastika ilə məşğul olur. Dəfələrlə ölkə daxilində təşkil olunan açıq kuboklarda iştirak edən Müjgan , I və III yerin sahibi olub. Medal və diplomlarla təltif olunub. Qarşıda gözlənilən yarışlara ciddi məsuliyyətlə hazırlaşan balaca gimnastımız iyun ayında  Bolqarıstanda keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.