Balaca gimnastın uğurları

Liseyimizin 3a sinifində iki balaca idmançı təhsil alır. Dərslərində fəal iştirak edən şagirdlər, kiçik yaşlarına baxmayaraq  idmanda da uğurlar qazanıblar. Elmira Kamilli 3 ildir bədii gimnastika və çerliderinqlə məşğul olur. Bu müddət ərzində respublika səviyyəli 7 yarışda iştirak edib. Bu yarışlarda 2  dəfə I yerin, 4 dəfə II yerin, 1 dəfə III yerin sahibi olub. Qazandığı uğurlara görə medal və diplomlarla mükafatlandırılıb. Hal-hazırda bədii gimnastika üzrə iştirak etdiyi komandanın kapitanıdır.