Alp Logo yarışmasının məktəb turu

2019-cu il mayın 2-də liseyimizdə müsabiqə keçirildi. Şagirdlərin sevə-sevə öyrəndiyi Alp Logo proqramlaşdırma dilini daha yaxşı mənimsəyən 5-7-ci sinif şagirdləri müsabiqədə iştirak etdilər. Məktəb daxili turun keçirilməsində məqsəd həm Alp Logo-2019  respublika yarışmasına qatılacaq şagirdləri seçmək, şagirdlərin fənnə marağını stimullaşdırmaq, sağlam rəqabət mühiti formalaşdırmaqdır. Hər bir sinif üçün ayrıca tərtib olunmuş sualları 90 dəqiqə ərzində yerinə yetirən şagirdlərin işlərini liseyin informatika müəllimləri qiymətləndirdi. Yarışın obyektivliyi üçün dəvət olunan məktəb rəhbərliyi də şagirdlərin kompüter qarşısındakı sərbəst iş qabiliyyətlərini yüksək qiymətləndirdi.  Nəticələr yaxın günlərdə elan ediləcək. Ən yaxşı nəticəni göstərən şagirdlər növbəti yarışda respublikanın bütün bölgələrindən olan həmyaşıdları ilə  bir daha qüvvəsini sınayacaq, digər şagirdlər isə işlərinin dəqiqliyi nəzərə alınaraq mükafatlandırılacaq.