“Tarladan süfrəyə” layihəsi

Liseyimizin ibidai sinif şagirdləri maraqlı bir layihə reallaşdırdılar. 4d sinif şagirdləri   “Tarladan süfrəyə”  adlı layihə çərçivəsində araşdırmalar apardılar. Kiçik təcrübələri və araşdırmaları qruplarla reallaşdıran şagirdlər əldə etdikləri nəticələri sinif yoldaşları ilə paylaşmaq üçün  plakatlar, elektron təqdimatlar  hazırlamışdılar. Sinifdə əl işlərinin təqdim etdikdən sonra şagirdlər, layihənin davamı olaraq araşdırmaların bir hissəsi olan un məmulatlarının hazırlanması prosesini yerində görmək üçün №1 Çörək zavoduna ekskursiyaya getdilər. Sinif rəhbəri Ofelya Əsgərovanın başçılığı ilə istehsal prosesini izləyən şagirdlər ekskursiyadan böyük təssüratlarla qayıtdılar.